Çağrı Mərkəzinin mütəxəssisi

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 10.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblərimiz:

• Azərbaycan və rus dillərində yüksək səviyyədə bilik
• Müvafiq və ya oxşar sahələr üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək
• Microsoft office proqramlarında işləmə bacarığı
• Aydın və səlis nitq
• Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti
• Səbrli və məsuliyyətli

Əsas öhdəliklər:

• Vaxtlı-vaxtında böyük həcmdə daxil olan və gedən zənglərin idarə edilməsi;
• Müştərilərə məhsul və xidmətlər barədə məlumatın təqdim edilməsi;
• Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək;
• Yeni müştərilər haqda məlumatın sistemə daxil edilməsi və müştəri haqda mövcud məlumatın yenilənməsi;
• Zənglər haqqında hesabatların hazırlanması;
• Marketinq araşdırmaları məqsədi ilə zənglərin edilməsi;
• Satış həcminin artırılması üçün kompleks tədbirlərin təşkil edilməsi;
• Şirkətin məhsul və xidmətlərinin satışının artırılması;
• Yeni müştərilərin cəlb edilməsi (daxil olan sorğuların emalı, fəal müştəri axtarışı, danışıqların aparılması, müqavilələri bağlanması);
• Müştərilərin potensial tələblərinin aşkar edilməsi, yəni, müştərinin sorğusuna əsasən ona məhsulların və ya xidmətlərin təklif edilməsi;
• Toplanmış müştəri bazası ilə qarşılıqlı əlaqələrin qorunub saxlanması;
• Müştərilərin yeni xidmət və ya aksiyalar haqqında məlumatlandırılması;
• Müştərilərin müxtəlif testlərə, tədbirlərə və seminarlara qeydiyyatı və yönləndirilməsi;
• Rəhbərlik tərəfindən daxil olan tapşırıqların yerinə yetirilməsi.

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun “Çağrı mərkəzinin mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.

İşəgötürənin reytinqi