Korporativ satış şöbəsinin mütəxəssisi

İşin təsviri

Elanın təsviri:  

  • Şirkət: Baku Digital MMC 
  • Ərazi: Bakı 
  • Əmək haqqı: 700-800 AZN
  • Staj: min. 1 il
  • Təhsil: Ali təhsil
  • İş rejimi: Tam iş günü (5 gün)
  • Müqavilə: Əmək müqaviləsi

 Vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Görüş və təqdimatların təşkil edilməsini təmin etmək.
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Müştərilərə müvafiq sənədlərin ünvanlanması;
  • Müştəri tərəfindən tələb olunan müvafiq sənədlərin tərtib və təmin olunması (prekvalifikasiya forması, qiymətləndirmə forması və s.);
  • Məhsulun geri qaytarma və dəyişdirmə halları olduğu təqdirdə həllinin təmin olunması;
  • Tenderdə iştirak üçün zəruri sənədlərin təmin olunması;
  • Zəmanət talonların hazır edilməsi;
  • Müştərilərlə satışın stimullaşdırılması və müştəri məmnuniyətinin ölçülməsi məqsədi ilə telefon zənglərinin həyata keçirilməsi;
  • Müştəri borcları üzrə məlumatların təmin olunması və müqavilənin tələblərindən irəli gələn maliyyə sənədlərinin Maliyyə departamentinə təqdim edilməsi (Hesab-faktura, qaimə-faktura);

 Tələblər:

  • Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • İT sahəsi üzrə biliklərin olması;
  • Korporativ müştəri bazasının olması;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Office proqramlarında, əsasən WORD, EXCEL-də işləmə bacarığı;
  • 1C proqramında işləmək bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;

Göstərilən tələblərə cavab verən, xüsusilə şəxslərin və namizədlərin  CV-lərini “Korporativ satış şöbəsinin mütəxəssisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməkləri xahiş olunur.