İşin təsviri
İş şəraiti
- Ərazi: Baş ofis
- Maaş: Razılaşma
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
İşin təsviri:
- Şirkətin sosial media platformalarında brendin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.
- Sosial media kanallarının (Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və s.) idarə olunması
- Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
- Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda)
- Auditoriya hədəflənməsi və reklam büdcəsinin səmərəli istifadəsi
- Sosial mediadan gələn sorğulara, şərhlərə və mesajlara operativ və nəzakətli cavab verilməsi
- Kampaniyaların, yeniliklərin, endirim və məhsul təqdimatlarının izləyicilərə effektiv çatdırılması
- Brend imicinə uyğun, orijinal və kreativ məzmun ideyalarının hazırlanması
- Sosial media performansının gündəlik və aylıq izlənməsi və hesabatların hazırlanması
- Sosial media trendlərinin və rəqib fəaliyyətlərinin mütəmadi analizi
Tələblər:
- Yaş: 21 — 35 yaş
- SMM sahəsində minimum 1 il təcrübə
- Kreativ düşüncə və yüksək yazı qabiliyyəti (copywriting)
- Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı
- CapCut, Canva və ya digər dizayn alətlərində işləmə bacarığı (arzuolunandır)
- Meta Business Suite və reklam platformalarında təcrübə
- Komanda ilə işləmə bacarığı
- Rəqəmsal reklam bacarıqları:
CV-nizi “Sosial Media Marketinq üzrə mütəxəssis“ başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.