Satış üzrə mütəxəssis

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 05.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti

  • Əmək haqqı - 400 azn fix + bonus
  • İş saatları – Həftədə 40 saat olmaqla 6 günlük iş rejimi.
  • İşçinin əmək funksiyaları əmək müqaviləsinə əlavə olaraq tərtib olunmuş və imzalanmış vəzifə təlimatı ilə tənzimlənir.
  • İşçi vəzifə təlimatında olan bütün əmək funksiyalarına əməl etməyə cavabdehlik daşıyır.

Tələblər:

  • Azərbaycan və Rus dillərində səlist danışıq qabiliyyəti
  • Ünsiyyət qurmaq və inandırmaq bacarıqları
  • Müştəri ehtiyyacının müəyyən edilməsi
  • Komandada işləmək bacarığı
  • Satış üzrə minimum 1 il iş təcrübəsi

Vəzifə öhdəlikləri:

  • Təşkilat üçün müştəri xidmətləri siyasətinin işlənib hazırlanması və tətbiq edilməsində yardımın göstərilməsi. Xidmət prosedurlarının, siyasətinin və standartlarının inkişaf etdirilməsi;
  • Müştəri  xidmətlərinin  inkişaf  etdirilməsi, perspektivli  müştərilərin  cəlb edilməsi, bütün  təşkilat daxilində dəyişikliklər barədə təkliflərin irəli sürülməsi və üzvi artımın asanlaşdırılması;
  • Prosesləri öyrənməklə, qiymətləndirməklə və yenidən hazırlamaqla müştəri xidmətlərinin keyfiyyət nəticələrinin inkişaf etdirilməsi, xidmət göstəricilərinin müəyyən edilməsi, nəticələrin yoxlanılması və təhlil edilməsi, dəyişikliklərin tətbiq edilməsi;
  • Aşağıdakı  istiqamətlərdə  müştərilərlə  satış  danışıqlarının  aparılması:  məhsullar  və  xidmətlər  haqqında  ümumi  məlumatların verilməsi, məhsul və ya xidmətin əlverişsiz xüsusiyyətləri barədə şübhələrin  aradan qaldırılması, məhsullara  olan  tələbat, məhsul  və  ya  xidmət  haqqında  rəylər barədə məlumatlandırma;
  • Alıcıların potensial təlabatlarının aşkar edilməsi, yeni müştəri sorğusuna müvafiq məhsul və xidmətin təklif  edilməsi;
  • Potensial müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif bazalardan zənglərin həyata keçirilməsi;
  • Gələn müştərilərin, daxil olan və çıxan zənglərin qeydiyyatının aparılması, şirkətin xidmətləri və məhsulları  barədə məlumatların verilməsi;
  • Yeni xidmət və aksiyalar barədə  müştərilərin məlumatlandırılması;  
  • Düzgün şəkildə qeydlərin aparılması və müştəri xidmətləri üzrə fəaliyyətin və müzakirələrin sənədləşdirilməsi;
  • Gələcəkdə istinad məqsədilə müştərilərlə gündəlik yazışmalar üzrə sənədləşmənin və hesabatların hazırlanması;
  • İcra edilmiş iş barədə hesabatların hazırlanması və rəhbərlə əks əlaqənin yaradılması;
  • Vaxtında və düzgün qaydada müştərilərin elektron məktub və telefon sorğularının (şərhlərinin, şikayət və ya təkliflərinin) cavablandırılması, müvafiq şəxslərin cəlb edilməsi və yaranan problemlərin həll edilməsi;
  • Problemlərin həll edilməsi məqsədilə müştərilərlə (kursun tələbələri və ya valideynləri) daimi olaraq ünsiyyətin qurulması  və onlarla rəhbərlik və ya  müəllimlər  tərəfindən  gələn  təkliflərlərin çatdırıması;
  • Müştəri məmnunluğunun ölçülməsi yollarının tapılması. Müştərilərdən (valideynlərdən və ya tələbələrdən) məhsul və xidmətlər haqqında rəsmi və qeyri-rəsmi rəylərin toplanması; Bəzi intizam məsələlərində dəstəyin göstərilməsi;
  • Tələbələrə  nəzarət  və onların  davranışlarının intizam qaydalarına uyğun olmasının təmin  edilməsi. Hər hansı qayda pozuntusu baş verdiyi halda, növbəti razılaşdırılmış addımlar çərçivəsində tədbirlə-rin görülməsi. Qayda  pozuntusunun səbəblərinin  təhlil edilməsi və gələcəkdə bu cür halların baş verməməsi üçün təkliflərin irəli sürülməsi;
  • Müştərilərin (valideynlərin) müvafiq vasitələrlə (elektron və ya yazılı məktublar, sms mesajlar, telefon zəngləri və s.) kursda təhsil alan şağirdlərin davamiyyəti, akademik irəliləyişi və davranışı haqqında daimi olaraq məlumatlandırılması;
  • Kursu tərk etmək, bəzi fənlərdən imtina etmək  istəyən  müştərilərlə söhbətlərin aparılması və onların  kursda qalmalarının təmin edilməsi;
  • Müqaviləyə xitam verilmə səbəblərinin müntəzəm qaydada (hər ay) təhlil edilməsi. Ümumi statistikanın təhlil edilməsi və hesabatların təqdim edilməsi;
  • Rəhbərliyin (və digər  müvafiq  tərəflərin) müştərilərdən  gələn  rəylər  və  təhlil-hesabat  formaları (müqaviləyə  xitam  vermə səbəbləri, məmnunluq və  qeyri-məmnunluq  səbəbləri) haqqında  mütəmadi olaraq məlumatlandırılması;
  • Tələb olunan hesabat formasının mövcudluğunun təmin edilməsi və lazımi məlumatların əldə edilməsi məqsədilə Məhsul və Tədris Departamentlərinin məlumatlarının izlənilməsi;
  • Müştərilərin PLC (bilik səviyyəsinin ölçülməsi) testləri üçün qeydiyyatı və istiqamətləndirilməsi,
  • PLC (bilik səviyyəsinin ölçülməsi) testi üzrə cavabların təhlili və müştərilərə verilməsi;
  • Şagirdlərin imtahanda göstərdikləri nəticələrinin təhlil edilməsi və şagirdlərə verilməsi;
  • Şagird və valideynlərə cədvəllərin verilməsi (DIM və GET);
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası;
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.

Uyğun namizədlər CV formalarını mail adresinə göndərə bilərlər.

İşəgötürənin reytinqi