İnsan Resursları üzrə Mütəxəssis

İşin təsviri

İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:

  • İşçilərin işə qəbulu, əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması, məzuniyyət və ezamiyyət proseslərinin sənədləşdirilməsi;
  • İşçilərin işə qəbulu, əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması haqqında məlumatların əmək və məşğulluq alt sisteminə (ƏMAS-ə) vaxtında daxil edilməsi;
  • E-sosial portalına yeni və boşalan vakansiyalar barədə elanların yerləşdirməsi;
  • İcbari sığortaya dair əməliyyatların vaxtında həyata keçirilməsi;
  • Təsdiq edilmiş  illik  məzuniyyət  cədvəlinə  əsasən, əməkdaşların əmək  məzuniyyətindən vaxtında istifadə etməsinə nəzarət;
  • Müvəqqəti yaşayış və iş icazələrinin alınması üçün müvafiq tədbirlərin görülməsində dəstək (tələb olunan sənəd toplusunun hazırlanması, proseslə bağlı zəruri addımların atılması üçün müvafiq şəxslərin təlimatlandırılması və ümumi gedişatın koordinasiyası);
  • Rəhbər şəxslər tərəfindən yaranan sorğu və sualların cavablandırılması (əsasən əməkdaşların müqavilə şərtləri və ya qanunvericilik məsələləri ilə bağlı);
  • İşçi heyətin davamiyyət uçotunun aparılması (tabellərin hazırlanması);
  • Birbaşa rəhbərin tələb etdiyi hesabatların təqdim edilməsi (məzuniyyət balansları, müqavilə müddətləri, əmək haqqı fondu və sair);
  • Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırığların icrası;
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.

Namizədə olan tələblər:

  • Ali təhsil
  • Müvafiq iş təcrübəsi (minimum 2 il)
  • Ofis proqramlarında işləmə bacarığı
  • ƏMAS və İSB-da işləmə bacarığı
  • AZ\RUS\EN dillərində danışıq və yazı qabilliyəti

Tələblərə cavab verən namizədlər CV-lərini poçt ünvanına göndərməlidilər.

İşəgötürənin reytinqi