Çağrı mərkəzi (Call Center) operatoru

  • Enginet
  • Elanın qoyulma tarixi: 09.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
• qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
• müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
• müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
• yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;
• şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
• xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
• vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.

Namizədə verilən tələblər:

• ali təhsilə üstünlük verilir
• azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
• nitqi aydın və səlis olmalı
• fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
• müştərilərlə ünsiyyət qurma bacarığı
• məsuliyyətli, səbrli, stressə davamlı olmalı
• MS Office proqramlarını bilməli

İş qrafiki: növbəli, günaşırı.

Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.

İşəgötürənin reytinqi