İşin təsviri
                
                
                                
                Əsas tələblər:
	- Minimum təhsil dərəcəsi: Ali; 
- Komputer bilikləri: MS Office (Word, Excell, Outlook)-  Orta;
- Dil bilikləri: Azərbaycan – Yaxşı; Rus dili- Əla;
Fərdi keyfiyyət göstəriciləri:
	- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Məsuliyyətlilik;
- Aydın və səlist niqt qabliyyəti;
- Müştəri yönümlülük;
- Nəticə yönümlü;
- Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
	- ERP Proqramlarını öyrənmə qabliyyəti.
İş barədə: 
	- Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və müraciətlərlə bağlı geri dönüş etmək;
- Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
- Müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
- Şirkətlə müştəri arasında düzgün  koordinasiya yaratmaq;
- Müvafiq sistem proqramlarına nəzarət etmək;
İş vaxtının norması:
	- Növbəli günaşırı iş qrafiki (1 gün ev 1 gün iş);
Vəzifə üzrə əmək haqqı:
	- Əmək haqqı: 500-550 AZN
- Performans əsaslı mükafat və əmək haqqı artımı.
İş yeri: Bakı, Mirzə İbrahimov küçəsi 53 
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Çağrı mərkəzi operatoru” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur. 
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.