Rəqəmsal marketinq üzrə mütəxəssis

  • Enginet
  • Elanın qoyulma tarixi: 19.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Ali; 
  • Komputer bilikləri: MS Office (Word-Yaxşı, Excell-Orta, PowerPoint- Yaxşı, Outlook-Yaxşı);
  • Dil bilikləri: Azərbaycan – Yaxşı; Rus dili- Yaxşı; İngilis dili-Yaxşı;
  • Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə);
  • Rəqəmsal marketinq trendlərini bilməli və sektor üzrə bazar biliklərinə sahib olmalıdır;
  • İnternet-marketinq şəbəkələri vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvür (Meta, Google ADS).

Fərdi keyfiyyət göstəriciləri:

  • İşdə dəqiqlik və detallara diqqətlilik;
  • Məsuliyyətlilik;
  • Ünsiyyətlilik;
  • Müştəri yönümlülük;
  • Təqdimat və təşkilatçılıq;
  • Nəticə yönümlü;
  • Analitik düşüncə;
  • Komandada işləmək bacarığı.

İş barədə: 

  • Sosial şəbəkələrdə və populyar tətbiqlərdə qrupların yaradılması, tərtibatı, aparılması (moderasiya) və inkişaf etdirilməsi (FB, İnstagram, twitter, youtube və s.);
  • Sosial şəbəkələrdən əldə olunan məlumatların və müraciətlərin qeydə alınması, araşdırma aparılması və yekun nəticə ilə Servis Desk-ə yönləndirilməsi;
  • Qrupların menecmenti, kontentin yazılması, postinq, targetinq reklam, viki-nişanlanma, müştəri/podratçı ilə qarşılıqlı fəaliyyət Daxili portalın idarə edilməsi;
  • İstifadəçi fəallığının dəstəklənməsi, tematik forumlarda, qruplarda müzakirə üçün mövzuların təklifi, müzakirələrdə fəal iştirak, rəylərlə iş;
  • Seçilən məhsullar və xidmətlər üçün kreativ ideaların hazırlanması;
  • Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırılması;
  • Bazarda mövcud olan qrupların monitorinqinin apraılması.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

  • Əmək haqqı: 800 AZN

İş yeri:

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Rəqəmsal marketinq üzrə mütəxəssis” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur. 

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi