İnsan resursları üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

• İşçilərin şəxsi işlərini hazırlanması və formalaşdırılması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd olunması;
• Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirilməsi;
• Aylıq uçot-tabellərinin icra olunması;
• Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparılması ;
• HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
• İşə qəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni əməkdaşın oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
• İşəqəbul hesabatlarının hazırlanması;
• İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İnsan resursları departamentinə aidiyyəti olan hesabatların tərtib edilməsi və təqdim edilməsi;

Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün aşağıdakı bacarıq və ixtisas tələb olunur:

• İnsan resurslarının idarə edilməsi sahəsində minimum 2 il təcrübə, otel təcrübəsi arzuolunandır;
• Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
• 1C proqram təminatı ilə işləmək bacarığı;
• Microsoft Office (Word, Excel, Powerpoint,Outlook) proqramlarında işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl bilməli, Rus və İngilis dillərində bilməsi arzuolunandır;
• Analitik düşünmə tərzi,ünsiyyətçil,təqdimat bacarığı;
• İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır;

Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz “İnsan resursları üzrə mütəxəssis” vakansiyasının adını qeyd edəsiniz.

"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.