Spa Terapevt

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Masaj otağına qonaqları qəbul etmək, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və s.) öyrənmək;
• Masajın tip və növünü müəyyən etmək;
• Sertifikatlaşdırılmış masaj avadanlığı və inventardan istifadə etmək, masaj avadanlığını və inventarını masaj seansı üçün hazırlamaq;
• Masaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit,klassik,aromaterapiya,ekzotik,kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirmək;
• Qonağın “problemli” yerlərini müəyyənləşdirmək və seqment masaj etmək;
• Qonaqlara özünü-masaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr;
• Qonaqlardan öyrəndiyi məlumatların konfidensiallığını təmin etmək;
• Tələb olunan hallarda qonağı, onun ehtiyacı olduğu metodlardan istifadə edən masajçıya rəsmi şəkildə yönləndirmək;
• Masaj otağında zəruri təmizlik və səliqəni təmin etmək;
• Masaj sahəsində yerli və xarici təcrübəni öyrənmək, öz ixtisasını sistematik olaraq artırmaq;
• Tələb olunduqda təlim sessiyaları və toplantılarda iştirak etmək;
• Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

Təhsil/Təcrübə:

• Orta ixtisas təhsili;
• Müvafiq sertifikatlara malik olmalıdır;
• Analoji sahədə ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
• İngilis və rus dili arzu olunandır;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və yaşayış yeri ilə təmin edilmə;
• İş qrafiki: Altı günlük iş həftəsi
• İş yeri: Şabrah şəhəri
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.