Təchizat üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsi;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması;
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq qiymət sorğularının keçirilməsi;
• Ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
• Müqavilələrin bağlanılması və müqavilə şərtlərinin icrasını nəzarətdə saxlanılması
• Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədlər paketinin broker şirkətinə təqdim olunması);
• Alınan məhsulların müvafiq standartlara cavab verməsini təmin etmək.

Təhsil/Təcrübə:

• Ali təhsil (İqtisadi təhsilə üstünlük verilir);
• Təchizat sahəsində ən azı 1 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilir);
• 1 illik HORECA təcrübəsi;
• Rus və İngilis dili biliyi arzu olunandır;
• MS Office, 1C 8.3 və ya alternativ uçot proqramlarından istifadə etmək bacarığı;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Şirkət tərəfindən gündəlik qidalanma, nəqliyyat və yaşayış yeri ilə təmin edilmə;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Qalaaltı Hotel & Spa
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.