Baş Həkimin müavini (Uroloq)

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Baş həkimin olmadığı müddətdə (məzuniyyət, xəstəlik, ezamiyyə və s.) baş həkimin müavini vəzifələrini yerinə yetirir və sanatoriyanın baş həkimi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir .
• Müalicə və diaqnostika şöbələrinə, ofislərinə və laboratoriyalarına rəhbərlik edir. Müalicə və diaqnostik prosesin keyfiyyətini və Qonaqların müayinəsi, müalicəsi və xidməti ilə bağlı bütün işlərin təşkilini təmin edir . Tibbi və diaqnostik prosesin vəziyyətinə dair planlaşdırılmış və planlaşdırılmamış yoxlamalar aparır, nəticələrinə əsasən çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görür.
• Tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək.
• Sanatoriyada tibbi diaqnostik və profilaktik işin təşkili üçün uzunmüddətli və cari planlar hazırlamaq, onların icrasına sistematik nəzarət edir.
• Otelin Tibb mərkəzinə müraciət edən bütün qonaqları müayinə edir.
• Urolojı baxımdan əks göstəriş olub olmamasını təyin edir.
• Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin və nəzarət etməklə yanaşı, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir.
• Müvafiq qaydalara və standartlara uyğun olaraq qonaq qəbulunun aparmaq (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir.
• Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün aşağıdakı bacarıq və ixtisas tələb olunur:

• Tibbi təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilıir);
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
• Azərbaycan və Rus dilində mükəmməl bilməli, İngilis dilində bilməsi arzuolunandır;
• Analitik düşünmə tərzi,ünsiyyətçil,təqdimat bacarığı;

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən qidalanma, nəqliyyat və yaşayış yeri ilə təmin edilmə;
• İş qrafiki: Altı günlük iş həftəsi
• İş yeri: Qalaaltı Hotel & Spa
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz “Həkim Uroloq” vakansiyasının adını qeyd edəsiniz.

"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.