İşin təsviri
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək
- İş yeri: “Melissa Group” (Baş ofis)
Vəzifə öhdəlikləri:
- Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
- Maliyyə hesabatlarının tərtib olunması (bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.);
- Bank əməliyyatlarının və kassa əməliyyatlarının uçotu;
- Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması;
- Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanması;
- Vergi və əmək qanunvericiliyinin tətbiqi;
- Audit yoxlamaları, vergi yoxlamaları və digər nəzarət tədbirləri üçün lazımi sənədləri hazırlamaq və təqdim etmək;
- Mühasiblərdən ibarət komandanı idarə etmək və onlara rəhbərlik etmək;
- Nağd pul axını, debitor və kreditor borclarını və xərc mühasibatını izləmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
Vəzifə ilə bağlı tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)
- Supermarket və ya pərakəndə satış sahəsində baş mühasib kimi minimum 1 il iş təcrübəsi olmaqla ümumi minimum 3 il iş təcrübəsi;
- Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
- Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;
- Yüksək səviyyədə 1 C 8.3 və ofis proqramları (xüsusilə Excel) biliyi;
- Peşəkar Mühasib Sertifikatı;
- Komandada işləmə bacarığı.
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına "Baş mühasib" başlığı ilə göndərə bilər.