İşin təsviri
Vəzifə Təlimatı:
- Təyin edilən menyu üzrə yeməklərin keyfiyyətli bişirilməsi və işçi heyətinə təqdim edilməsi
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
- Müxtəlif çeşidli yeməkləri hazırlamaq (menyu üzrə) və verilmiş qrafikə uyğun vaxtında işçi heyətinə təqdim etmək;
- Müxtəlif növ yarımfabrikatlar, şirniyyat və un məmulatlarını hazırlamaq;
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və bölmə rəhbərinə bildirmək;
- Mətbəxdə istifadə olunan avadanlıqları düzgün istifadə və qulluq etmək;
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək;
- İstifadə edilən ərzağın düzgün saxlanmasını, istifadə olunan avadanlıqları və mətbəxi daima təmiz saxlanmasını təmin etmək;
Namizəd üçün tələblər:
- Tələb olunan iş təcrübəsi: Minimum tələb olunan təcrübə və s.: 3 il
- Yaş həddi: 50 yaşa qədər
- Cins tələbi: Qadın
İş şəraiti:
- 6 gün 08:00 – 17:00
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
- Ünvan: Sabit Rəhman 35A
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.