İşin təsviri
Vəzifə öhdəlikləri:
- Günlük bank əməliyyatlarının icrasını və ödəniş tapşırıqlarının hazırlanmasını təmin etmək;
- Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması
- Vergi hesabatlarının və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Qaimə-fakturaların və e-qaimələrin tərtibi, göndərilməsi və uçotunun aparılması;
- Bank hesabları, kassa, əmək haqqı, ödəniş cədvəlləri, müqavilələr və təchizatçılarla hesablaşmaların uçotunu aparmaq;
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
- Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması, o cümlədən:
- Profit and Loss (P&L) – gəlir və xərclərin təhlili və nəticənin hesablanması;
- Balance Sheet – aktivlər, öhdəliklər və kapitalın balanslaşdırılmış uçotu;
- Cash Flow Statement – pul vəsaitlərinin hərəkətinin (operativ, investisiya və maliyyə fəaliyyətləri üzrə) tərtibi;
- Excel-də analitik cədvəllərin, dinamik hesabatların və maliyyə göstəricilərinin hazırlanması (formullar, pivot table, maliyyə analizləri)
Tələblər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi (mütləqdir)
- İngilis dilini bilmək üstünlükdür.
- 1C mühasibat proqramı və MS Excel proqramlarında yüksək səviyyəli biliklər;
- Bank əməliyyatları, ödəniş tapşırıqları və e-qaimə sistemi üzrə praktiki təcrübə;
- Maliyyə hesabatlarının (P&L, Balance, Cash Flow) hazırlanması üzrə təcrübə;
- Vergi Məcəlləsi, ƏDV və mənfəət vergisi hesabatları üzrə biliklər;
- Analitik düşüncə tərzi, məsuliyyətlilik və diqqətlilik;
- Komanda ilə işləmək və vaxtı effektiv idarəetmə bacarığı.
İş şəraiti
- İş qrafiki: 6 gün 09:00-18:00
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək (1200-2000 manat )
- İş ünvanı: Sabit Rəhmanov 35A
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.