Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 12.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ƏSAS ÖHDƏLİKLƏR

• Gecikmələr üzrə Çağrı Mərkəzi Təlimatına əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan kreditlərə görə telefon zəngləri etmək;
• Hansı addımların atılmalı olduğunu qərarlaşdırmaq və səmərəli danışıq üsulu seçmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək;
• Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq;
• Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri Şirkət qarşısında öhdəliklərini yerinə yetirməyə inandırmaqla geri ödəniş tərixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq;
• Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək;
• Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıclllığını müəyyənləşdirmək;
• Hesabatların yaradılması məqsədilə gecikmələr üzrə proqram təminatında gecikmələrə dair bütün zəruri məlumatları izləmək;
• Əməliyyatlar Departamentini dəstəkləmək üçün zəruri olan digər təyin edilmiş tapşırıq və vəzifələri icra etmək.

Tələb olunan bilik və bacarıqlar:

• Ali təhsil;
• Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə 6 ay iş təcrübəsi. Problemli kreditlər üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
• Azərbaycan dilini səlis bilməli, Rus dilini isə danışıq səviyyəsində bilmək üstünIük kimi qəbul edilir;
• MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı;
• Müştəri xidmətləri, xidmət sahələri üzrə təlim kursu sertifikatı olanlara üstünlük verilir;
• Şirkətin kreditvermə Siyasəti və Prosedurları üzrə biliyə malik olmaq;
• Ödənişlərini gecikdirən müştərilərlə iş aparmaq bacarığına malik olmaq
• Məsuliyyətli, etibarlı, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• İşgüzarlıq və aktivlik.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 26 aprel 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi