Kredit satışı üzrə mütəxəssis (Şabran filialı)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 07.11.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri hansılardır?

  • Təyin olunmuş ərazi üzrə müştərilərin biznes və təsərrüfatlarına səfər edərək potensial müştərilərlə görüşmək.
  • Müştəri ehtiyaclarını anlayaraq təşkilatın mövcud kredit məhsullarını, habelə bu məhsulların şərtlərini izah etmək.
  • Marketinq və təqdimat məqsədilə, həmçinin yeni satış imkanları əldə etmək üçün posterlər, broşuralar, flayer kimi materialları hədəf müştəri qruplarına yaymaq.
  • Kredit təhlili və anderraytinqi üçün Mərkəzləşdirilmiş Kredit Satış qrupuna bütün zəruri sənədləri təqdim etmək.
  •  Müştəri cəlbi, planlaşdırılan fəaliyyətlərə dair Ərazi Menecerinə müntəzəm hesabat təqdim etmək.

Tələblər

  • Ali təhsil və ya Kollec təhsili
  • Birbaşa müştəri cəlbində iştirak etməklə, Banklarda və ya Bank olmayan kredit təşkilatları / Lizinq şirkətilərində Mikro və biznes kreditlərinin verilməsində minimum 2 il iş təcrübəsi.
  • Güclü dinləmə, təqdimat, ünsiyyət və vaxt idarəetmə bacarıqları.
  • Məhsul və xidmətlərin satış texnikalarına bələd olmaq.
  • Müştəri ehtiyaclarını anlamaq, müxtəlif profildə olan müştərilərlə məhsuldar ünsiyyət qura bilmək və idarə etmək bacarığı.
  • Microsoft Ofis proqramlarından istifadə edə bilmək bacarığı.
  • Azərbaycan dilində səlis danışmaq.

Xüsusi tələb: Sürücülük vəsiqəsi və avtomobilin olması mütləqdir.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə 1-2 il
  • Təhsil - Bakalavr

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Yanacaq və Amortizasiya xərcləri

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

İşəgötürənin reytinqi