İşin təsviri
İş şəraiti
- Struktur bölmə: Daxili Audit Departamenti
- İş yeri: Bakı şəhəri, S. Vurğun küçəsi 60
- İş rejimi: Tam ştat (Bazar ertəsi – Cümə, 09:00 – 18:00)
- Əmək haqqı: Namizədin bilik və peşəkarlıq səviyyəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir
Vəzifə öhdəlikləri
- Daxili audit planına uyğun olaraq audit yoxlamalarının aparılmasında iştirak etmək;
- Kredit əməliyyatları, maliyyə prosesləri və daxili nəzarət mexanizmləri üzrə audit prosedurlarının icrası;
- Audit yoxlamaları zamanı aşkar edilən risk və uyğunsuzluqların təhlili və sənədləşdirilməsi;
- Daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə rəy və təkliflərin hazırlanması;
- Təşkilatın fəaliyyətinin mövcud qanunvericiliyə, daxili qayda və prosedurlara uyğunluğunun yoxlanılması;
- Audit nəticələri üzrə hesabat layihələrinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Audit zamanı müəyyən edilmiş tövsiyələrin icrasına nəzarət və aidiyyəti struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq;
- Daxili Audit Departamentinin etik, obyektiv və müstəqil fəaliyyət prinsiplərinə uyğun işləməsinə töhfə vermək.
Namizədə dair tələblər
- Maliyyə, mühasibatlıq, audit və ya əlaqəli sahə üzrə ali təhsil;
- Daxili və/və ya xarici audit sahəsində minimum 1 il iş təcrübəsi;
- Audit metodologiyaları, risk əsaslı audit yanaşması və daxili nəzarət sistemləri üzrə biliklər;
- Maliyyə hesabatlarının və kredit sənədlərinin təhlili bacarığı;
- Yüksək məsuliyyət hissi, etik davranış və məxfilik prinsiplərinə riayət;
- Analitik düşünmə və nəticə yönümlü yanaşma;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis və/və ya rus dili biliyi üstünlükdür;
- Audit hesabatlarının hazırlanması üzrə baza səviyyədə yazılı bacarıqlar.
Maraqlanan namizədlər CV-lərini “Audit üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.