Marketinq mütəxəssisi

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 20.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Şirkətin marketinq strategiyasını və siyasətini həyata keçirmək;
  • Partnyor şirkətlərin nümayəndələri, kreativ agentliklər ilə danışıqlar aparmaq;
  • TV, radio, rəqəmsal, çöl və s. ənənəvi və rəqəmsal reklamların yerləşdirilməsi, effektivliyinin ölçülməsi və nəticəsinin analizi;
  • Kütləvi informasiya vasitələrində press-relizlərin yerləşdirilməsi, media ilə əlaqələrin aparılması;
  • PR layihələrin hazırlanması və icrası;
  • Effektiv marketinq kampaniyaları hazırlamaq, təqdim etmək, nəticələrini analiz etmək;
  • Şirkətin korporativ stil və brendbukuna uyğun olaraq dizayn vizuallarının yaradılmasına birbaşa nəzarət etmək;

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • Ali təhsil (marketinq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya oxşar ixtisasları üzrə)
  • Mükəmməl Azərbaycan dili, (ingilis dili arzuolunandır)
  • Komanda ilə işləmək bacarığı, müştəri yönümlü, nəticə yönümlü, davamlı təkmilləşmə
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Marketinqin əsasları, kreativ yanaşma, analiz və təhliletmə
  • Yaş həddi 22-32 yaş
  • Ə/h: 600-900 AZN

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Marketinq mütəxəssisi” başlığI ilə elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.