Müştəri xidmətləri qəbulu üzrə operator

İşin təsviri

Vəzifə öhdəlikləri:      

  • Təmir üçün müraciət edən müştərilərin sifarişlərini qeydə almaq, suallarını cavablandırmaq, cihazları yoxlayıb qeydə almaq və təhvil-təslim etmək;
  • Müştəriyə və cihaza aid olan məlumatların sistemdə qeydiyyatını aparmaq;
  • Müştəriyə xidmətlər barəsində lazımi məlumatların təqdim edilməsi;
  • Zəruri informasiyanın alınması məqsədilə müştərilərlə əlaqənin yaradılması.

Tələblər:

  • Ali və ya orta təhsil;
  • MS Office proqramları üzrə biliklər;
  • Müştəri xidmətləri sahəsi üzrə iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan və Rus dillərində səlis danışmaq;
  • Müştərilərlə güclü ünsiyyət qurma bacarığı;
  • Tələbkar, obyektiv, məsuliyyətli, çevik olmalı;
  • Stresə davamlılıq və problemli vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti;
  • Emosiyalarını idarə etmə bacarığı;
  • Kollektivdə komanda ilə işləmə bacarığı;
  • Yaş həddi: 20-50.

İş şəraiti:   

  • 6 günlük iş həftəsi;
  • Nahar saat 13:00-14:00;
  • İstirahət günləri - bazar günləri;
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.

Xahiş olunur CV-lərinizi  göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə elektron poçt adresinə göndərə bilərsiniz