İşin təsviri
Elektron, ev-məişət avadanlıqlarla iş sahəsində Texnik vəzifəsi üzrə uğurlu karyera qurmaq istəyən və peşəkar iş mühitində çalışaraq biliklərini artırmaq və real iş təcrübəsi qazanmaq istəyən gəncləri “Təcrübəçi texnik” vəzifəsinə dəvət edirik.
Vəzifə Öhdəlikləri:
- Elektron, məişət və sair avadanlıqlarının quraşdırılması, təmiri və idarə edilməsi;
- Müvafiq əməliyyat və proseslərdə iştirak edərək müştəri sorğularının həllində dəstək olmaq;
- Tədbirlər zamanı texniki dəstəyin təmin edilməsi.
Tələblər:
- Ali və ya orta təhsil;
- MS Office proqram biliyi;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Aktivlik, operativlik və problemləri tez həll etmə bacarığı;
- Gərgin iş şəraitində işləmə bacarığı, vaxtın düzgün idarə edilməsi və komanda ilə işləmək qabiliyyəti;
- Yaş həddi: 20-35.
Nə təklif edirik:
- Müsahibədən keçən şəxslərə teorik və proaktiv təlimin keçirilməsi;
- Təlimi uğurla başa vuran ən yaxşı namizədlərə isə müvafiq sahədə karyera qurmaq imkanı;
- Peşəkar inkişaf üçün geniş imkanlar;
- Yaradıcı və dinamik komanda ilə əmakdaşlıq imkanı;
- 6 ay müddətində ödənişli Təlim;
- Təlim müddəti ərzində nahar, yol pulu və uniforma şirkət tərəfindən təmin edilir;
- 5 günlük iş həftəsi, saat 09:00-17:00-dək;
- İstirahət günləri – şənbə və bazar günləri.
Xahiş olunur CV-ləriniz göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edməklə mail adresinə göndərə bilərsiniz.