Satış mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilərlə düzgün ünsiyyətin qurulması məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, sualların əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
  • Məhsul və xidmətləri müştəriyə tanıtmaq;
  • Satışın stimullaşdırılması üçün təkliflər vermək;
  • Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərinə təqdim etmək;
  • Satış üzrə təqdimat qiymət planlamasını və təkliflərin hazırlanması;
  • Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərinə təqdim edilməsi;
  • Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər:

  • Ali və ya orta təhsil;
  • MS Office proqramları üzrə biliklər;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dili biliyi;
  • Danışıq qabiliyyəti yüksək olmalı;
  • Müştərilərlə güclü ünsiyyət qurma bacarığı;
  • Cəld, dinamik, məsuliyyətli, dəqiq, dürüst, icraçılıq qabiliyyəti olmalı;
  • Öz üzərində işləmək və daim inkişafa açıq olmaq;
  • Strese davamlılıq;
  • Emosiyalarını idarə etmə bacarığı;
  • Kollektivdə komanda ilə işləmə bacarığı;
  • Yaş həddi: 25-45.

İş şəraiti:

  • 6 günlük iş həftəsi;
  • Nahar saat 13:00-14:00;
  • İstirahət günləri - bazar günləri;
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.

Xahiş olunur CV-lərinizi  göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edməklə mail adresinə göndərə bilərsiniz.