Recruitment specialist

İşin təsviri

Əsas cavabdehlik sahəsi:

  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi və İşəqəbul prosesinin həyata keçirilməsi; 
  • İşə qəbul üzrə təyin olunmuş hədəflərə çatmaq üçün funksional rəhbərlər ilə yaxından çalışmaq və əvvəldən sonadək  işə qəbul prosesini icra etmək;
  • İş elanı və tələb olunan funksional bacarıq və bilikləri əhatə etməklə vəzifə təlimatının hazırlanması, işçi axtarışı üzrə veb saytlarında elanların yerləşdirilməsi;
  • CV-lərin ilkin seçimi və qiymətləndirilməsi, uyğun namizədlərin seçilməsi üçün CV-lərə ilkin baxışın keçirilməsi, birbaşa müsahibələrdə iştirak etmək:
  • Səriştə yönümlü müsahibələrin aparılması və müxtəlif dəyərləndirmə metodlarının tətbiq edilməsi;
  • Seçim prosesi yekunlaşanadək namizəd və şirkət arasında əlaqələndirici şəxs olmaq;
  • Müşahidə şurasına təqdim ediləcək sənədlərin hazırlanmasında Hüquq qrupuna dəstək göstərmək;
  • Namizədlərə iş təklifi məktublarının  hazırlanıb göndərilməsini təmin etmək;
  • Potensial namizəd bazasını yaratmaq, daima yeniləmək və izləmək;
  • Ən səmərəli kanallardan istifadə etməklə istedadları müəyyən etmək və onları şirkətə cəlb etmək;
  • Zəruri hallarda işə qəbul ehtiyaclarının qarşılanması üçün agentliklər ilə əməkdaşlıq etmək;
  • Yeni işçinin orientasiya proqramının hazırlanması və sınaq müddətində izlənməsinin təşkili;
  • İşə götürmə metrikələrini izləmək, işçi axını analizlərini aparmaq, 
  • Effektiv işəqəbul strategiyasının hazırlanmasında iştirak və təkliflər vermək;
  • İşə qəbul prosesinin izlənməsi və qeydiyyatının aparılması;
  • Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün qrup rəhbərləri ilə ehtiyac üzrə planın hazırlanması;
  • Işçi məmnuniyyəti sorğularını keçirmək;

Tələb olunan təhsil səviyyəsi:

  • Psixologiya, Hüquq, İqtisadiyyat və İdarəetmə üzrə bakalavr dərəcəsi
  • CIPD və SHRM sertifikatların olması arzuolunandır.

Tələb olunan iş təcrübəsi və iş tələbləri:

  • Minimum 5 il iş tərcübəsi;
  • AR Əmək qanunvericiliyi üzrə biliklər;
  • İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
  • Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
  • MS Office və Elektron Hökumət Portalından istifadə qaydalarını bilməli; 
  • İşə qəbul prosedurunu bilmək;
  • Səriştə yönümlü müsahibələrin aparılmasında və müxtəlif dəyərləndirmə metodlarının tədbiq edilməsində təcrübəli olmaq;
  • Nəticə yönümlülük;

 

Email: [email protected]