Elektrik mühərrikinə xidmətin göstərilməsi üzrə texnik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif növdə olan elektrik mühərriklərinin və alternatorların sökülməsi, yoxlanılması, təmiri və yığılması
  • Mühərriklərin zədələnmiş hissələrinin təmiri və ya dəyişdirilməsi
  • Elektrik mühərriklərinin və alternatorların stator və rotorlarının yenidən sarınması   
  • Yenidən sarıma üçün bütün təkrar istifadə oluna bilən hissələri hazırlamaq və təmizləmək və gizli, konstruktiv zədələr və ya qeyri-adi vəziyyətlər üçün yenilənmiş hissələri yoxlamaq
  • Tələb olunan standartlara əsasən elektrik-mexaniki avadanlıqların yenidən sarınmasını sınaqdan keçirmək və sınaq nəticələrini sənədləşdirmək
  • Hər bir iş üçün tələb olunan sənədləşməni düzgün və vaxtında tamamlamaq
  • Xüsusi təmir və sınaq avadanlıqlarını işlətmək; buraya dolama maşınları, sınaq panelləri, impuls sınaq cihazları (surge testers), özək itkisi sınaq cihazları (core-loss testers), kəsmə maşınları (cut-off saws), yandırma sobaları, qurutma sobaları, itiləyicilər (grinders), kranlar, çəngəlli yükləyicilər, metal lehimləmə maşınları, daldırma çənləri (dip tanks), VPI sistemləri və əllə istifadə olunan müxtəlif mexaniki və qeyri-mexaniki alətlər daxildir, lakin bunlarla məhdudlaşmır.
  • Kritik mexaniki ölçüləri götürmək üçün mikrometr və pərgardan istifadə etmək

Təhsil/Təcrübə və Kvalifikasiya:

  • Elektrik və ya Elektromexanika sahəsində orta və ya ali təhsil və ona bərabər tutulan kvalifikasiya və təcrübə.
  • Elektrik və ya mexaniki təmir, mühərrikə qulluq edilməsi sahəsində minimum 3-5 illik təcrübə
  • İngilis dili biliyi olan kandidatlara üstünlük veriləcəkdir

Maraqlanan namizədlərdən öz CV-lərini elektron poçtun mövzu hissəsində “Electromotor service technician” vəzifəsini göstərməklə göndərmələri xahiş olunur. Nəzərinizə çatdıraq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.