Satış və Marketinq üzrə Menecer

İşin təsviri

“PLANETA” İKŞ- apteklər şəbəkəsi Almaniya, İtaliya və başqa Avropa ölkələrinin istehsalı olan dərmanların satışı ilə xidmətinizdədir. 4-ü Bakıda olmaqla 7 filialda fəaliyyət göstərən aptek şəbəkəmiz Heel, Pascoe, Symbio, Guna, Sanum kimi dərman preparatlarının satışını həyata keçirir.

İş yeri: Bakı şəhəri

Tələblər:

  • Ali təhsil (tibb sahəsi);
  • Analoji sahədə min 3 il iş təcrübəsi (əczaçılıq sahəsi);
  • Azərbaycan və Rus dilləri yüksək səviyyədə, ingilis dili arzu olunandır;
  • Microsoft Office proqramları biliyi;
  • Güclü komanda vasitəsilə idrəetmə bacarığı;
  • Gərgin iş şəraitində işləmə bacarığı ;
  • Müştəri yönümlülük, fərdi yanaşma bacarığı;
  • Ünsiyyət və satış bacarığı;
  • Analitik düşünmə, analiz etmə, diqqətlilik;

Məsuliyyətlər:

  • Satış və Marketinq tətqiqatı ilə əlaqədar işlərin planlaşdırılması, həmin istiqamətdə araşdırmaların təşkil və icra edilməsi;
  • Bölgə satış nümayəndələrinin işini tənzimləməsi və koordinasiya edilməsi;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Şirkətin reklam və tanıtım ehtiyaclarının təyin edilməsi;
  • Satış prosesinin həyata keçirilməsi və müştəri əlaqələrinin idarə olunması;
  • Müştəri bazasının genişləndirilməsi;
  • Nümayəndələrin aylıq satışı ilə bağlı hesabatların hazırlanması, yaranmış nöqsanlarla bağlı rəhbərliyin məlumatlandırılması və lazımi tədbirlərin görülməsi;

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi

Şərtlər:

  • İş qrafiki 5 günlük, saat 09:00 -dan 18:00-dək
  • İstirahət: Şənbə və bazar günü;
  • Əmək haqqı: 1500 - 2000 AZN

Göstərilən tələblərə uyğun namizədlərdən mövzü hissəsində “Satış və marketinq üzrə meneceri qeyd edərək CV formasını göndərməyiniz xahiş olunur.

Bioloji Təbabət Klinikası tərəfindən digər vakansiyalar