İşin təsviri
Məkan: Bakı şəhəri, Pişəvəri 110
İş saatı: həftə içi 5 gün – 09:30 – 17:30, şənbə günü – 10:00 – 13:00 (remote)
Əməkhaqqı: 700-900 AZN
“Bioloji Təbabət – İnteqrativ Müalicə Mərkəzi” olaraq, ölkənin 4 regionunda (Bakı, Sumqayıt, Göyçay və Masallı) innovativ səhiyyə xidmətləri göstərən və cəmiyyətə xidmət edən səhiyyə təşkilatıyıq. Klinikamıza müraciət edən pasiyentlər üçün ən yaxşı tibbi xidməti təmin etmək üçün hər zaman keyfiyyətli və effektiv ünsiyyət vasitələrinə ehtiyacımız var. Buna görə də komandamıza dinamik və istedadlı Kontent üzrə mütəxəssis axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- Press-relizlərin yazılması;
- Tibbi Jurnalların kontekstinin və mətnlərinin hazırlanması;
- Kreativ kontent strategiyaların formalaşdırılması;
- Video ssenariləri, reklam, bloq məqalələri, məhsul təsvirləri, və sosial media məzmunları daxil olmaqla müxtəlif marketinq materialları üçün yaradıcı və maraqlı mətnlərin hazırlanması;
- Müştəri məqsədləri, müştəriyə xas “tone of voice” və marketinq strategiyaları ilə uyğun yaradıcı və unikal məzmun ideyaları ərsəyə gətirmək;
- Aylıq kontent planının hazırlanması;
- Bazar trendlərini və yenilikləri izləyərək, operativ şəkildə tətbiq etmək.
Vəzifə ilə bağlı tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi və portfoliosunun olması;
- Yazılı və şifahi Azərbaycan dili biliyi;
- Tibb sahəsində çalışması üstünlükdür;
- Rus və ingilis dili biliyi üstünlükdür;
- Rəqəmsal (Digital) Marketinq sahəsində bilik və bacarıqların olması arzuolunandır;
- Sosial Media Strategiyalarının qurulmasında təcrübə üstünlükdür;
- Dəqiqlik, məsuliyyətlilik, nəticə yönümlülük, kreativ düşüncə;
- Araşdırma və Chat GPT, AI ilə işləməyi bacarığı;
Əlavə məlumat:
"Kontent üzrə Mütəxəssis" başlığı ilə CV-lərinizi mail ünvanına göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır. Müraciətləriniz üçün öncədən təşəkkür edirik.