Bioloji Təbabət Klinikası


Bioloji Təbabət klinikası  2009-cu il may ayından fəaliyyət göstərir. Azərbaycanda ,həmçinin postsovet məkanında bioloji təbabətlə məşğul olan yeganə klinikadır. Dünyanın Almaniya, Kolumbiya, İsveçrə və digər inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən “Paracelsus”, “Leben” , “Biomedicine Centre” və s. kimi bioloji təbəbət klinikalarının sırasına postsovet məkanında yeganə olaraq Azərbaycanda yerləşən “Bioloji Təbabət Klinikasi” daxil edilmişdir.


Bioloji Təbabət klinikası bioloji təbabətin ən yeni və effektiv üsullarını özündə birləşdirir. Dünyanın bir çox ölkələrində ixtisaslaşmış bioloji təbabət həkimləri akademik təbabətdə əldə etdikləri biliklərlə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar.
Bioloji təbabət xəstəlik aysberqinin təkcə görünən hissəsini məhv etmir, o həmdə xəstəlik aysberqini bütövlükdə əridə biləcək gücə malikdir.


Öz – özünü tənzimləmə orqanizmdə daim baş verən bioloji proseslərin tarazlıqda olması deməkdir.Uzun zaman təsir edən çoxsaylı səbəblər nəticəsində bu tarazlıq pozulur və fərdi xüsusiyyətlərdən asılı olaraq insanlarda müxtəlif ağır xroniki xəstəliklər yaranır.
Bioloji təbabət xüsusilə xroniki xəstəlikləri çox uğurla müalicə edir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?