Tibbi nümayəndə

İşin təsviri

AFGEN Genetik laboratoriyasının təqdim etdiyi xidmətlərin satışı və korporativ əlaqələrin idarə olunması üzrə şirkətimiz “Partnyorlarla iş üzrə nümayəndə” vakansiyasını elan edir.

Əsas tələblər:

  • Ali təhsil (tibbi təhsil üstünlükdür amma tələb deyil)
  • Yaş həddi: 21 – 45;
  • Xarici görünüş və geyim səliqəli olmalı;
  • Komandada işləmək bacarığı;
  • Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
  • Səlis və aydın nitq, ünsiyyət qabliyyəti yüksək, sistemli təqdimat və inandırma qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Laboratoriyanın göstərdiyi xidmətlər üzrə təqdimatlar, hesabatlar və müxtəlif işə uyğun sənədlərin hazırlanması.
  • Müxtəlif tibb müəssisələrində görüşlərin planlanması və müvafiq olaraq təqdimatların edilməsi.
  • Laboratoriyanın xidmət portfelinin satışı və yeni müqavilələrin bağlanması üzrə müvafiq iş planlamasının hazırlanması və üst rəhbərliyə təsdiq üçün təqdim olunması. (Korporativ və fərdi göndərişlər üzrə)
  • Korporativ partnyorlardan gələn sorğuların cavablandırılması və ortaya çıxan məsələlərin rəhbərliyin dəstəyi ilə ən qısa zamanda həll olunması.
  • Fərdi göndərişlər üzrə partnyor həkimlərlə fəaliyyətin idarə olunması.
  • Cari korporativ partnyorları müvafiq plana uyğun ziyarət etmək və yeni məlumat və sorğuların toplanması, email və rəhbərliyə təqdimatını reallaşdırmaq.
  • Seminar və prezentasiyaları planlamaq, təşkil etmək və keçirmək;
  • Xidmətlər haqqında partnyorlara düzgün informasiyanı ötürmək;
  • Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək;

İş şəraiti:

  • İş qrafiki: 5 gün, saat 09:30 -18:00;
  • İstirahət: Şənbə və bazar günləri;

Əmək haqqı: Namizədin bilik və bacarıqları əsasında rəqabətədavamlı əmək haqqı təklif olunur.

Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzü hissəsində “Tibbi nümayəndə” qeyd edərək CV formalarını email ünvanına göndərmələri xahiş olunur.