İşin təsviri
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi ən azı 1 il;
- Microsoft Office proqramları ilə işləyə bilməli;
- Azərbaycan dili mütləqdir, rus və ingilis dilləri bilməsi üstünlükdür;
- Düzgün diksiya və aydın nitqə malik olmalı;
- Telefonda effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı;
- Ünsiyyətcil, məsuliyyətli, nəzakətli və punktual olmalı;
- Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı;
- Kollektivdə işləmək qabiliyyəti olmalı;
- Stressə davamlılıq və məsuliyyət hissi;
- Yaş həddi: 21-50.
Vəzifə öhdəlikləri:
- Pasiyentlərin müraciətlərinin qəbul edilməsi (zəng, onlayn, yerində) ;
- Qeydiyyatın aparılması və pasiyent məlumatlarının sistemə daxil edilməsi;
- Pasiyentlərin həkimlərə və müvafiq şöbələrə yönləndirilməsi;
- Həkim qəbulu və prosedur qrafiklərinin hazırlanması və idarə olunması;
- Müayinələr, prosedurlar və xidmətlər barədə pasiyentlərin məlumatlandırılması;
- Müalicə prosesində pasiyentlərin müşayiəti, əlaqənin saxlanılması və keyfiyyətin qorunması;
- Tibbi proseslərin koordinasiyası və hesabat;
- Elektron tibbi sistemlərində məlumatların daxil edilməsi və yenilənməsi;
- Müalicə planlarının icrasına nəzarət.
İş şəraiti:
- İş qrafiki: 6 gün, saat 09:00 -17:00;
- İstirahət: Bazar günü, şənbə günü qısa iş günüdür;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müraciət qaydası:
Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Koordinator” qeyd edərək CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.