Servis koordinatoru

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilərdən gələn sorğuları idarə etmək, müqavilə vəziyyətini yoxlamaq və uyğun mühəndisə yönləndirmək.
  • Müştərilərlə əlaqə saxlayaraq xidmətin keyfiyyətini yoxlamaq və ticketləri bağlamaq.
  • Mühəndislərin müştəri ofislərinə göndərilməsini koordinasiya etmək, iş blanklarının düzgün doldurulmasını təmin etmək və mühəndislərin fəaliyyətini izləmək.
  • Servisə daxil olan avadanlıqları qəbul etmək, zəmanət və fiziki vəziyyətini yoxlamaq, qiymətləri razılaşdırmaq və təmir prosesini idarə etmək.
  • Zəng və digər vasitələrlə gələn sorğuları qeydiyyata almaq və xidmət prosesini təşkil etmək.
  • Açılmış ticketlərin statusunu izləmək, eskalasiya proseslərini idarə etmək.
  • Ofisdən kənarda işləyən mühəndislərlə əlaqəni təmin etmək, sorğuların icrasını izləmək.
  • Ofisdaxili sorğuları qeydiyyata almaq və icrasını təmin etmək.
  • Mühəndislərin inkişafı üçün təlim və iş planlarını koordinasiya etmək, avadanlıq və proqram təminatı üzrə məlumatlandırmaq.
  • Həftəlik və aylıq hesabatlar hazırlamaq.
  • Servis müqavilələrinin vaxtında yenilənməsi və əlavə işlərin qiymətləndirilməsini təmin etmək.

Tələblər:

  • Müştəri yönümlü və məsuliyyətli olmaq.
  • Əla ünsiyyət və təşkilatçılıq bacarığı.
  • Komanda ilə işləmək və mühəndisləri koordinasiya etmək təcrübəsi.
  • Zaman idarəsi və prioritetləşdirmə bacarığı.
  • Kompüter bilikləri: Microsoft Office, e-mail və ticketing sistemləri ilə iş təcrübəsi.
  • Problemləri tez həll etmək və eskalasiya mexanizmlərini idarə etmək bacarığı.
  • Detallara diqqət və sənədlərin düzgünlüyünü təmin etmək bacarığı.
  • Əvvəlki servis koordinatorluğu və ya servis idarəçiliyi üzrə təcrübə üstünlükdür.

İş şərtləri: 

  • Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə
  • Korporativ nömrə 
  • İş yeri: Gənclik m/t yaxlnlığı
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.