İşin təsviri
                
                
                                
                Öhdəliklər:
	- Yerli və xarici partnyorlarla işin təşkili
 
	- Partnyor şirkətlərlə görüşlərin keçirilməsi və danışıqların aparılması;
 
	- Tərəfdaş şirkətlərlə korporativ qaydalara uyğun yazışmalar;
 
	- Şirkətin nizamnaməsinə və tələblərinə uyğun qaydada partnyorlarla işin qurulması;
 
	- Yeni tərəfdaşların axtarışı və əməkdaşlığa cəlb edilməsi;
 
	- Partnyorlarla işin səmərəliliyinin nəzarətdə saxlanılması və vaxtaşırı hesabatların hazırlanması.
 
	- Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi, lazımi dəstəyin göstərilməsi, satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
 
	- Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası;
 
Namizəd üçün tələblər:
	- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
 
İnformasiya Texnologiyaları Sahəsində təcrübə mütləqdir:
	- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
 
	- MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
 
	- 1C proqramı üzrə biliklər;
 
	- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
 
	- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
 
	- Cəlbetmə və satış bacarığı;
 
	- Məsuliyyətlilik, operativlik.
 
İş şəraiti:
	- Ölkənin qabaqçıl və aktiv inkişaf edən İT Şirkəti sayılan iTech Qrup şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
 
	- Qanunvericiliyə uyğun sənədləşdirmə
 
	- Ə/h - Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır 
 
	- İş qrafiki: I-V günər, saat 09:00-dan 18:00-a qədər;
 
	- İstirahət günü – şənbə, bazar;
 
Vakansiyaya müraciət üçün CV-nizi “Partnyorlarla iş üzrə menecer" mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.