Müştərilərlə əlaqələr üzrə menecer

  • Kibrit
  • Elanın qoyulma tarixi: 23.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müştərilərlə əlaqələr üzrə menecer  olaraq siz Kibrit-də aşağıdakılarla məşğul olacaqsıznız:

  • Satışdan sonra proqram təminatı üzrə tələblərin və digər məlumatların toplanılması
  •  Proqram təminatının sazlanması müddətində və layihə təhvil verildikdən sonra müştəri rəylərinin alınması məqsədi ilə müştərilərlə daimi ünsiyyətdə olması
  • Proqram təminatının müştəri tələblərinə uyğun konfiqurasiya edilməsi
  • Müştərilərlə sistem istifadəsi üzrə təlimlərin keçirilməsi
  •  Layihə təhvilindən sonra müştərilərdən daxil olan müraciətləri qəbul edilməsi, emalı və məsul şəxslərə ötürülməsi və nəticələrin müştərilərə bildirilməsi.
  •  Proqram təminatı üzrə funksional testlərin edilməsi
  • Daxil olmuş müraciətlərin emalının izlənilməsi. Buraya müraciət statusunun müntəzəm monitorinqi, lazım olduqda bütün səviyyələrdə dəstək üzvlərinə edilən zənglər və e-poçt

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil 
  • Azərbaycan və rus dilində səlis nitq bacarığı
  • Analitik düşüncə qabiliyyəti və probləmləri həll etmə bacarığı 
  • Fərdi və komandada işləmək bacarığı
  • MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı
  • Təşkilatçılıq qabiliyyəti və time management bacarıqları 
  • Müştərilərlə ünsiyyət qurma bacarığı və müştəriyəyönlü olmaq bacarığı
  • Detallara qarşı diqqət
  • Müxtəlif texnologiyalardan istifadə etmə və anlama bacarığı
  • Stress altında işləmək bacarığı

Arzuolunan şəxsi keyfiyyətlər:

  • Ünsiyyətcillik 
  • Təşəbbüskarlıq
  • Aktivlik, proaktivlik
  • Məqsədyönlülük
  • Nəticəyönlülük

Aşağıdakı keyfiyyətlər/bacarıqlar mütləq deyil, amma varsa, sizi daha çox bəyənəcəyik:

  • İT sahəsində iş təcrübəsi
  • Müştəri ehtiyaclarına müştəri yönümlü həllər təqdim etmə təcrübəsi
  • İngilis dilində danışıq qabiliyyəti

Kibrit-də sizin gələcəyiniz bu cür olacaq:

  • Şəxsi inkişaf imkanınız olacaq – daim öyrənəcəksizniz, çox şey öyrənəcəksizniz!
  • Bir çox insanın həyatına təsir edəcək perspektivli proqram təminatının üzərində çalışan peşəkar komandada işləyəcəksiz.
  • Humanokratiya prinsiplərini rəhbər tutaraq idarə olunan innovativ şirkətdə sərbəst və rahat iş mühitində işləyəcəksizniz.

Şərtlər, əlavə imtiyazlar (Benefits):

  • Rəqabətli əməkhaqqı: fiks
  • Korporativ nömrə
  • Azərbaycanın ən yaxşı sığorta şirkətlərin birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta
  • Ofisdə nahar yeməyi (şirkətin hesabına), çay/qəhvə
  • Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini "Account Manager-CCS" başlığı (subject) ilə [email protected] e-mail ünvanına göndərə bilər.

İşəgötürənin reytinqi