Linux Administrator

  • Kibrit
  • Elanın qoyulma tarixi: 16.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Linux Administratoru olaraq siz Kibrit-də aşağıdakılarla məşğul olacaqsıznız:

  • Linux sistemlərinin idarəsi və konfiqurasiyası (RHEL, CentOS, Ubuntu)
  • HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat)
  • LoadBalancer/Failover sistemlərinin idarə olunması (keepalive, peacemaker, haproxy, nginx)
  • Relational və non-relational baza sistemlərin qurulması (Redis DB + Sentinel, mongodb, mysql, postgresql)
  • Skript dillərində tapşırıqların avtomatlaşdırılması (Bash, sh)
  • VMWare əsaslı virtual maşınların idarə olunması.

Bu vəzifədə sizdən gözləntilərimiz:

  • İlin sonuna qədər proqram təminatının yeni instalyasiyada qaldırılması üçün lazım olan alətlərin yazılmasını script vasitəsilə avtomatlaşdırmanız.
  • İlin sonuna qədər SİP protokolunun işləmə prinsipini və sip debugging üzrə nəzəri və praktiki biliklərə yiyələnməniz.
  • Çoxşaxəli və inteqrasiya tələb edən İVR-ların ilik sonuna qədər python script ilə yazmanız.

Tələb olunan texniki bilik və bacarıqlar:

  • Sistem təhlükəsizlik bilikləri (SELinix, Firewalld + Iptables)
  • Şəbəkə haqqında ümumi biliklər
  • Əməliyyat sistemləri haqqında əsas biliklər
  • Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq
  • Linux idarəsi üzrə 1-2 il təcrübə

Aşağıdakı keyfiyyətlər/bacarıqlar da varsa, sizi daha çox bəyənəcəyik:

  • Ali təhsil: İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və idarəetmə qrupu ixtisas üzrə
  • DevOps alətlərini idarə etmək təcrübəsi 
  • Python dilində skriptlərin yazılması üzrə təcrübə
  • Asterisk PBX üzrə təcrübə
  • İngilis dili (texniki sənədlərlə işləmək üçün yetərli səviyyədə)

Arzuolunan şəxsi keyfiyyətlər:

  • Məsuliyyət, diqqətlilik, dəqiqlik
  • Sistemli, analitik düşüncə tərzi
  • Məqsədyönlülük
  • Nəticəyönlülük
  • Komandada işləmək bacarığı
  • Stressə davamlılıq
  • Çeviklik
  • Müştərilərlə ünsiyyət qurma bacarığı
  • Fikirlərini aydın şəkildə ifadə etmək bacarığı
  • Müstəqil şəkildə qərar vermə bacarığı

Kibrit-də sizin gələcəyiniz bu cür olacaq:

  • Şəxsi inkişaf imkanınız olacaq – daim öyrənəcəksizniz, çox şey öyrənəcəksizniz!
  • Bir çox insanın həyatına təsir edəcək maraqlı və ciddi layihələrdə iştirak edəcəksiniz.
  • Matris tipli qurum strukturunda sərbəst və rahat iş mühitində işləyəcəksizniz.

Şərtlət, əlavə imtiyazlar (Benefits):

  • Rəqabətli əmək haqqı 
  • Azərbaycanın ən yaxşı sığorta şirkətlərindən birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta
  • Ofisdə nahar yeməyi (şirkətin hesabına)
  • Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)

Özünü bu vakansiyaya uyğun görən şəxslər CV-lərini 30.12.2021 tarixinədək "Linux Administrator" başlığı (subject) ilə e-mail ünvanına göndərə bilər.

Email: [email protected]

İşəgötürənin reytinqi