Çağrı mərkəzi üzrə operator

  • Sağlam Ailə
  • Elanın qoyulma tarixi: 13.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Çağrı Mərkəzinə edilən müraciətləri qəbul edir, aidiyyatı şəxslərə yönləndirir;
  • Tibbi xidmətlər üçün müraciət edən vətəndaşların qeydiyyatını aparır, pasiyent şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
  • Çağrı mərkəzinə edilən müraciətlərin geri dönümlərini təşkil və icra edir;
  • Müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları pasiyentə verir;

Namizədə olan tələblər:

  • Ali və ya orta texniki təhsil;
  • Azərbaycan, rus dili biliyi - əla;
  • Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;

Qeyd:

  • İş qrafiki: həftənin 6 günü, 1 gün istirahət;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Çağrı mərkəzi üzrə operator” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

 

İşəgötürənin reytinqi