Sistem və şəbəkə administratoru

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Korporativ şəbəkənin texniki təhlükəsizliyini və daim işlək vəziyyətdə olmasını təmin etmək;
  • Şəbəkə üzrə proseslərinin təkmilləşdirilməsində iştirak, o cümlədən şəbəkə inzibatçılığı sahələri üzrə texniki tapşırıqları hazırlamaq;
  • Şəbəkə üzrə bütün mühüm dəyişiklərin icrası;
  • Mövcud olan bütün şəbəkə avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri qısa müddət ərzində aradan qaldırmaq;
  • Korporativ şəbəkə avadanlıqlarını quraşdırmaq və tənzimləmək, mövcud korporativ şəbəkə avadanlıqlarını idarə etmək;
  • Korporativ şəbəkəyə giriş icazəsi təsdiq edilmiş qaydalara uyğun təmin etmək;
  • Şəbəkə avadanlığlarının konfiqurasiyaların backupların yaradılmasını fasiləsiz təmin etmək;
  • Korporativ şəbəkə infrastrukturunun təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;
  • Şəbəkə avadanlığlarının lisenziyaların quraşdırılması, habelə lisenziyaların bitmə vaxtına nəzarət;
  • Şəbəkə infrastrukturu üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və görülməsi;
  • Rəqəmsal telefon sistemlərinin administrasiyası və fasiləsiz fəaliyyətinin təmin edilməsi.
  • Müəssisiənin mövcud sistem xarakterli avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmasında əsas işin icrası;
  • Müəssisənin mövcud sistem xarakterli avadanlıqların quraşdırması, tənzimləməsi və yenilənməsi proseslərində əsas işin icrası;
  • Şöbə işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının təmin edilməsi üzrə tədbirlər görür;
  • Öz işini planlaşdırır və iş fəaliyyətinin göstəricilərini təhlil edir;
  • Rəhbərliyin təyin etdiyi vaxtlarda əmək fəaliyyəti ilə bağlı hesabatları təqdim edir.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3 ildən artıq təcrübə;
  • CCNA səviyyəsində həqiqi bilik;
  • NG Firewall, L2/L3 switch, router və s. şəbəkə avadanlıqları ilə təcrübə (Cisco/HP/Forti/PA);
  • Corp. wireless systemləri üzrə təcrübə (UniFi/Cisco/Forti);
  • Şəbəkə təhlükəsizliyi üzrə biliklər;
  • IP-PBX ilə təcrübə (3CX, Asterisk);
  • Windows Server 2019-2022 (GPO, DNS, DHCP, AD, WSUS, RADIUS, LAPS və s.) üzrə administrator səviyyəsində biliklər;
  • Hardware səviyyəsində fiziki serverlərnən, ən azı biri ilə iş təcrübəsi - HPE ProLiant, Lenovo, DELL enterprise servers və s.
  • Punktual, aktiv, çevik, diqqətli, stresə davamlı və məsuliyyətli olmalı.

İş şərtləri:

  • İş qrafiki: Həftənin 5 günü:
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin özü və ailə üzvlərinə tibbi xidmətlərdə 50 faiz endirim təklif olunur;
  • Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər CV-lərini emailin mövzu hissəsinə “Sistem və şəbəkə administratoru” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi