Sağlam Ailə


2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gənclərimizin şüuruna təsir edərək gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır.

Hal-hazırda mərkəzimizin Bakı, Gəncə və Sumqayıt şəhərlərində 5 filial və 4 “ASAN XİDMƏT” Mərkəzində Qanalma məntəqəsi fəaliyyət göstərir. 

ISO 9001:2008 keyfiyyət standartına malik mərkəzimiz yarana biləcək xəstəliklərin qarşısını almaq məqsədilə yüksək texnologiya əsasında fəaliyyət göstərərək, respublikamızdakı tibb müəssisələri arasında özünəməxsus yerə sahibdir.

Tam avtomatlaşdırılmış sistem, Amerika və Avropa istehsalı olan reagentlər, keyfiyyətə xüsusi nəzarət və elektron idarəetmə sistemi pasiyentlərimizin bizə olan inamını və güvənini daim artırır.

Mərkəzimizdə göstərilən xidmət çeşidini artırmaq üçün beynəlxalq akkreditasiya olunmuş laboratoriyalar ilə əməkdaşlıq edirik. Bizə müraciət edən pasiyentlərə geniş çeşidli xidmət göstərmək məqsədilə dünya tibb sahəsində olan laborator yeniliklər mərkəzimizdə tətbiq olunur.

Görülən bütün işlər və əldə edilmiş nəticələr deməyə əsas verir ki, Sağlam Ailə Tibb Mərkəzi respublikamızın tibb sektorunda ən stabil və dinamik inkişaf edən tibb mərkəzidir. Mərkəzin etibarlı və dinamik inkişaf edən tibb müəssisəsi kimi nüfuzu, pasiyentlərə yüksək keyfiyyətli xidmət göstərilməsi ən vacib məqsədlərə nail olmağa kömək etməklə yanaşı, həm də beynəlxalq səviyyədə öz sözünü deməyə şərait yaradır. Bunun göstəricisi olaraq mərkəzimiz bir çox mükafatlara layiq görülüb. Əldə etdiyimiz uğurlarla kifayətlənməyərək daima irəli baxaraq  fəaliyyətimizi davam etdiririk. 

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?