Çağrı mərkəzi üzrə agent

İşin təsviri

İş üzrə Vəzifələr:    

  • Zəng, e-mail və "Whatsapp" mesajlarını cavablandırmaq.
  • Telefon, e-mail və "Whatsapp" vasitəsilə göndərilən müştəri sorğularına baxmaq.
  • Mövcud resurslardan istifadə etməklə zəruri məlumatları araşdırmaq.
  • Müştəri şikayətlərinə baxmaq və şikayətlərin həll yolunu tapmaq.
  • Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək.
  • Sistemə yeni müştərilərin məlumatlarını daxil etmək.
  • Mövcud müştərilərin məlumatlarını yeniləmək. 
  • Sifarişləri, formaları və ərizələri emal etmək.
  • Məsələləri prioritetləşdirmək və rəhbərliyə məruzə etmək.
  • Zənglərin müvafiq şöbələrə yönləndirmək.
  • Bütün zəng məlumatlarını standart iş prosedurlarına uyğun olaraq sənədləşdirmək.

Bilik və bacarıqlar:

  • Biznesin idarə edilməsi, marketinq və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi.
  • Azərbaycan və Rus dilləri icbaridir, ingilis dili üstünlük sayılır.
  • "Microsoft Office" proqramları, Outlook istifadəçisi.
  • Qeyd olunan dillərdə şifahi və yazılı ünsiyyət bacarıqları.
  • Dinləmə qabiliyyəti.
  • Problemlərin təhlili və həlli bacarıqları.
  • Müştəri xidmətləri/məmnuniyyətinə meyllilik.
  • Təşkilati bacarıqlar.
  • Detallara qarşı diqqətli.
  • Komanda şəklində işləmə bacarığı.
  • Stressə davamlılıq.
  • Qüsursuz və aydın nitq.

İş şəraiti: Növbəli iş.

Maraqlanan namizədlər "Çağrı mərkəzi üzrə agent " başlığı ilə müraciət edə bilərlər.

Email: [email protected]