Vəzifə öhdəlikləri:
- Müştərilərin narazılıqlarını və şikayətlərini araşdırmaq və analiz etmək;
- Şikayətlərin qəbul edilməsi, cavablandırılması, həlli ilə bağlı müvafiq şəxslərə yönləndirilməsi və onların həllinin təqib edilərək müvafiq məlumatlandırmanın aparılması;
- Davamlı olaraq müştəri məmnuniyyətini artırmaq üçün imkanları müəyyənləşdirmək və daxili və ya xarici təcrübədən yararlanaraq yenilik etmək üçün təşəbbüs göstərmək;
- Müxtəlif kommunikasiya kanallarından (telefon, sms, sosail media, üz-üzə və s.) müraciət edən potensial müştərilərin suallarının operativ şəkildə cavablandırılması və xidmətlər haqqında ətraflı məlumatların çatdırılması;
- Mərkəzin xidmətləri barədə hətrəfli məlumata yiyələnərək suallara operativ cavabların verilməsi;
- Müvafiq əməkdaşlarla koordinasiya halında və komdanda şəklində fəaliyyət göstərilməsi;
- Mövcud müştərilərin pozitiv əhval ruhiyyədə və peşəkar tərzdə müştərilərin məlumatlandırılması, onların fikir və rəylərinin öyrənilməsi prosesində iştirak edilməsi;
Namizədə verilən tələblər:
• ali təhsilə üstünlük verilir
• azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
• nitqi aydın və səlis olmalı
• fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
• müştərilərlə ünsiyyət qurma bacarığı
• məsuliyyətli, səbrli olmalı
• MS Office proqramlarını bilməli
İş qrafiki: 09:00 -18:00
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 600-800 azn arası təyin ediləcəkdir.
Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Müştəri əlaqələri üzrə operator” yazmaqla göndərə bilərsiniz.