Biz, öz işlərinə bağlı olan və tam məsuliyyətlə çalışan, innovasiya texnologiyalarını tətbiq edən, öz sahələrində ən yaxşı mütəxəssislər olan və gəlirli inkişaf üçün yeni imkanları dəyərləndirən insanlarımıza borcluyuq. Şirkətimizin gələcək inkişafını təşkil edən brend dəyərlərimizi yaratdıq. Bu dəyərlər sayəsində biz, şirkətimiz üçün mühüm bünövrə qura bildik və doğru istiqamətdə cəmləşdik. Bizim missiya və strategiyamız niyyətimiz və inamımızı ümumiləşdirir. Missiyamız hər zaman bacardığımız hər şeyin ən yaxşısını təqdim edəcəyimizə dair vəddir və bizim kim olduğumuzu vurğulayır.
Bizim tariximiz: Biz, öz fəaliyyətimizi kart emalı mərkəzi kimi başlamışdıq. Zamanla, Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla 18 bankdan ibarət sabit səhmdar strukturlu məhdud məsuliyyətli cəmiyyətə çevrilmişdik.
Korporativ mədəniyyət: Korporativ mədəniyyət bizim üçün şirkətimizin uğur və stabilliyini təmin edən əsas amildir. Bu, bizi birləşdirir, şırkətə olan sədaqətimizi artırır, işimizin məhsuldarlığını yaxşılaşdırır. Biz şirkətimizi əks etdirən və fərqləndirən, bütün üzvləri tərəfindən qəbul edilən ümumi ideya, dəyər və düşüncələr, idarəetmənin norma və metodlarının vahid bir sistemi altında birləşmişik. Şirkətimiz bizim üçün öz xüsusiyyətləri və xasiyyəti olan müstəqil “şəxsiyyətdir.” Bütün komandamız onu çiçəklənən və ayaqlarının üstündə möhkəm duran biri kimi görmək istəyir.
Çalışırıq
Biz əminik ki, hər hansı bir iş avtomobilə bənzəyir – öz gücünə yalnız üzü aşağı hərəkət edəcək. Biz kollektiv idraka inanırıq, amma intellektual şəxsiyyətin dəyəri də bizim üçün dəyişməzdir. Biz iddia edirik ki, vaxtın ən səmərəsiz istifadəsi heç kimsəyə lazım olmayan işin görülməsidir.
Dincəlirik
Biz hesab edirik ki, istirahət və əmək ayrılmazdır, səmərəsiz istirahət isə ən pis işdən daha çox yorucudur. Biz inanırıq ki, güc həm ağılda, həm də əzələlərdə olmalıdır. Buna görə də mənalı istirahət və idmana əhəmiyyət veririk.