Hüquq üzrə mütəxəssis

  • Millikart LLC
  • Elanın qoyulma tarixi: 30.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Hüquqi sənədləri işləyib hazırlamaq; 
  • Cəmiyyətdə hüquqi işlərə metodiki rəhbərlik edilməsi;
  • Struktur bölmələrə hüquqi yardım göstərilməsi, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək;
  • İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edilməsi;
  • Cəmiyyəti məhkəmə və digər orqanlarda təmsil etmək;
  • Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verilməsi;
  • Kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak etmək; 
  • Struktur bölmələrlə birgə Cəmiyyətin korporativ sənədlərini (Nizamnamə, Cəmiyyətin nəzarət və icra orqanlarının əsasnamələri və s. daxili sənədlərin) hazırlamaq, onlara rəy vermək və zərurət olduqda dəyişikliklər etmək;
  • Cəmiyyətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək; 
  • Cəmiyyətin fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış etmək;
  • Qanunvercilikdə olan yenilik və dəyişikliklərlə bağlı müvafiq məlumatı aidiyyatı bölmələrə və rəhbərliyə təqdim etmək;
  • Cəmiyyətin işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy vermək;

Namizədə olan tələblər:

  • Hüquq sahəsində ali təhsil
  • Hüquq sahəsində minimum 2(iki) il təcrübə (Bank sahəsində arzuolunandır)
  • Azərbaycan, rus dilini mükəmməl səviyyədə bilməlidir (ingilis dili yaxşı)
  • Məsuliyyətlilik, komanda ilə işləmək bacarığı, operativlik, dürstlük və dəqiqlik mütləqdir.

İş rejimi:

  • İş saatları 09:00-18:00
  • Həftədə 5 gün
  • İstirahət günləri- şənbə və bazar

Namizədin bilik və bacarıqlarından asılı olaraq əmək haqqı 1000-1200 AZN arası təyin olunacaqdır.

Müraciət etmək istəyənlər “Hüquqşunas” başlığı ilə elektron poçt ünvanına müraciət etsin.

*Yalnız qeyd edilən tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.

Email:  [email protected]

 

İşəgötürənin reytinqi