Dizayner

İşin təsviri


Visions of Azerbaijan jurnalı

Dizayner vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir. Dizayner mövcud infrastrukturun dəstəklənməsi və yeni texnologiyaların tərtib və tətbiqinə, jurnalın nəşrlərinin, o cümlədən, veb saytının, bukletlərin, jurnalların, kitabların və s. tərtibatına cavabdeh olacaq.
Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:
• Jurnalın nəşrlərinin müasir standartlara uyğun tərtib edilməsi
• Jurnalın məqsədləri üçün tələb olunan elanların, reklamların yaradıcı tərtibatının təşkili
• Jurnalın nəşrlərinin yeni tərtibatı üzrə rəhbərliyə müvafiq təkliflər verilməsi
• Jurnalın nəşrlərinin maraqlı, cəlbedici olması üçün daim axtarışda olması

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

 Bu sahədə müvafiq təhsilin olması
 Azı 3 illik iş təcrübəsi
 İşin icrası üçün tələb olunan bütün komputer proqramları üzrə bilik və təcrübə
 İngilis dilini bilən namizədlərə üstünlük veriləcək
 
Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
• Qərar qəbul etmə və problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Təşkilati, idarəetmə və planlaşdırma bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə
• Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq. Meyarlara uyğun gələn namizədə yüksək əmək haqqı təklif olunur.
 
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.
             

Sənədlər 17 sentyabr 2012-ci il tarixədək qəbul ediləcəkdir.