Visions of Azerbaijan jurnalı
Nəşriyyat işləri üzrə əlaqələndirici vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.
Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:
• Rəhbərliyin tapşırığı və təlimatı ilə nəşriyyat işinin qurulmasına dəstək göstərmək
• Jurnalın nəşriyyatı üzrə mövcud infrastrukturun dəstəklənməsi və nəşr prosesində yeni texnologiyaların tərtib və tətbiqinin təmin edilməsi
• Jurnalın nəşrlərinin, o cümlədən, bukletlərin, jurnalların, kitabların və s. hazırlanması və nəşri prosesinin əlaqələndirməsi
Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:
Müvafiq sahə üzrə ali təhsil
Nəşriyyat işi üzrə azı beş illik iş təcrübəsi. Üstünlük xaricdə ixtisaslaşmış mütəxəssislərə veriləcək.
Nəşriyyat işinin təşkili və kitab yaradıcılığl prosesi üzrə peşəkarlıq
İşin icrası üçün tələb olunan bütün komputer proqramları üzrə bilik və təcrübə
İngilis və rus dillərində sərbəst danışma
Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:
• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
• Qərar qəbul etmə və problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Təşkilati, idarəetmə və planlaşdırma bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə
• Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti
Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq.
Maraqlananlar CV-lərini
elektron ünvanına göndərə bilər.
Sənədlər 25 yanvar 2014-cü il tarixədək qəbul ediləcəkdir.