İnsan Resursları üzrə mütəxəssis

  • Ricon MMC
  • Elanın qoyulma tarixi: 18.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Əmək müqavilələrinin bağlanılması, ləğv edilməsi və başqa işə keçirmə proseslərini icra etmək;
• İşçilərin şəxsi işlərini tərtib etmək, onların əmək fəaliyyəti zamanı baş verən dəyişiklikləri hazırlamaq;
• Vəzifə təlimatlarının hazırlanması üzrə birbaşa rəhbərin tapşırıqlarını icra etmək və vəzifə təlimatlarının iş analizinə əsasən tərtibi və zərurət yarandıqda yenilənməsini təmin etmək;
• İnsan resurslarının idarə edilməsi sahəsində korporativ sənədlərin və digər müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək, aidiyyəti üzrə təqdim etmək;
• İntizam tənbeh tədbirlərinin icra edilməsi ilə əlaqədar rəsmiləşdirmə işlərini yerinə yetirmək və arxivləşdirmək;
• Əmək kitabçalarını saxlamaq, doldurmaq və sənələşmə işlərini aparmaq;
• İşçilərin məlumat bazasını qurmaq, bu məlumat bazası üzrə müvafiq hesabatları tərtib edərək tələb olunan yerə vaxtında təqdim etmək;
• Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək;
• Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək;
• Əmək haqqı hesablanılması prosesində iştirak etmək:
• Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir

İş qrafiki:

• Bazar ertəsi – Cumə: 09:00-dan 18:00-dək
• İstirahət günü - Şənbə və Bazar günləri
• Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək

Namizədə tələblər:

• Ali təhsil
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
• Ofis proqramları ilə işləmə bacarığı, xüsusilə Excel, Word, 1C
• E-gov Elektron Hökumət Portalında işləyə bilmək
• Azərbaycan dilini mükəmməl bilməli, rus dilini yaxşı səviyyədə bilməli
• Ünsiyyət qurma bacarığı;
• Problemləri həll etmə bacarığı
• Stresə davamlılıq
• İnformasiyanın təhlili və analiz etmək bacarığı
• İnsan resursları sahəsində azı 5 il təcrübəsi (tikinti sektorunda təcrübəsi olmağı üstünlükdür)

Maraqlanan şəxslər CV formalarını mövzu yerində " İnsan resursları üzrə mütəxəssis" qeyd edərək [email protected] ünvanına göndərsinlər xahiş edirəm