Satınalma mütəxəssisi (Vendor üzrə)

İşin təsviri

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

  • Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi;
  • Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən təsnifat sənədlərinin təminini təşkil etmək;
  • Tender protokollarını hazırlamaq;
  • Xidmət və ya iş sifarişlərində göstərilən texniki özəllikləri nəzərə alaraq təchizatçılar, podratçılar və xidmət təminatçıları ilə qiymətlərini müzakirə etmək;
  • Böyük satınalmalar və ya layihələr barədə məlumat toplantılarını təşkil etmək və iştirak etmək;
  • Müxtəlif müqavilələrin tərtibatı, hazırlanması və razılaşdırılması;
  • Müqavilə danışıqlarının aparılması;
  • Tender sonrası müqavilələrinin hazırlanması (subpodrat müqavilələr), tamlığına/bütövlüyünə nəzarət edilməsi,icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
  • Müqavilələrin reyesterinin aparılması;
  • Müqavilələrin elektron qeydiyyatını və arxivini təşkil etmək;
  • Müqavilələrin elektron reyestr sistemini mütəmadi olaraq yoxlamaq və müqavilələri yeniləmək

Kvalifikasiyaya olan tələblər:

  • Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
  • Azərbaycan dili əla, rus dilini bilməsi üstünlükdür;
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Tikinti sahəsi barədə məlumatlı olması;
  • Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
  • Problemləri həll etmək bacarığına malik olmaq

İş şəraitimiz:

  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
  • İş qrafiki 5 günlük, 8.00-17.00;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Ofis Ağ Şəhər ərazisində yerləşir

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərməkləri xahiş olunur.