İşin təsviri
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
- Layihələrin araşdırılması;
- Layihələrdə lazım olan məlumat və materialların yığılması;
- Texniki və material hesabatlarının hazırlanması;
- Qüsur aktlarının hazırlanması;
- Yerinə yetirilmiş işlərin smeta və layihəyə uyğun yerinə yetirilməsinin yoxlanılması;
- Forma 2-lərin hazırlanması;
- Yerinə yetirilmiş işlərin smeta və layihəyə uyğun yerinə yetirilməsinin yoxlanılması
Kvalifikasiyaya olan tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
- Kollektivi idarəetmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqların aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
- Problemləri həll etmək bacarığına malik olmaq;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Vəzifəsi üzrə Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydaları, ətraf mühitinin mühafizəsi qaydalarını bilməlidir;
İş şəraitimiz:
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
- İş qrafiki 5 günlük, 8.00-17.00;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Ofis Ağ Şəhər ərazisində yerləşir
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərməkləri xahiş olunur.=