İnsan Resursları üzrə mütəxəssis

İşin təsviri

Namizədə tələblər:

• Ali təhsil;
• Yaş həddi: 25-35;
• Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
• MS Excel, MS Word, MS Outlook - sərbəst istifadə qabiliyyəti, 1C proqram təminatı üzrə biliklər;
• AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
• Dəqiq və məsuliyyətli çalışmaq.

Vəzifə öhdəlikləri:

• E-gov portalında əməliyyatların icra edilməsi, elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
• Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması və müvafiq sənədləşmənin təşkil edilməsi;
• Əmək haqqı kartlarının sifariş olunması;
• Əmək kitabçalarında vəzifə dəyişikliyi və kadr hərəkətinə müvafiq olaraq qeydlərin aparılması;
• Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
• Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;

İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.