Mühasib köməkçisi

İşin təsviri

  • 1 C 8.3 proqramı ilə işləməyi bacaran şəxslərin cv-lərinə baxılacaq.

Vəzifə öhdəliyi:

  • Elektron qaimə-fakturalar (bütün növlər üzrə, avans) göndərilməsi;
  • Gündəlik bank əməliyyatlarının (yerli və xarici ödənişlərin, o cümlədən vergi, sığorta və digər büdcə ödənişləri) icra edilməsi;
  • Maliyyə əməliyyatlarının 1 C (8.3) mühasibat proqramında işlənilməsi;
  • Əmək haqlarının, məzuniyyət üzrə ödənişlərin hesablanması və icra edilməsi;
  • Statistika hesabatlarının, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamənin, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin göndərilməsi.

Ümumi tələblər:

  • İqtisadiyyat, maliyyə və mühasibat uçotu sahəsində ali təhsil;
  • Yaş: 20-25;
  • Dürüstlük, dəqiqlik və məsuliyyətli olmaq, inkişafa və yeniliyə açıq olmaq;
  • Komanda ilə işləmə bacarığı;
  • 1 C 8.3 proqramı ilə işləmək bacarığı

Əmək haqqı: minimum

Qeyd: Mühasibatlıq üzrə yerli və beynəlxalq sertifikatların (PMS, ACCA və s) və xarici dil biliyinin
(ingilis dili, rus dili) olması üstünlükdür.
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected]
e-mail ünvanına, mövzu bölməsində “Mühasib köməkçisi” yazmaqla göndərmələri xahiş olunur.
Yuxarıda qeyd olunan tələblərə cavab verməyən və qeyd olunan şəkildə göndərilməyən müraciətlərə
baxılmayacaqdır.