Anbar uçotu üzrə mühasib

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil (Mühasibat uçotu, audit, maliyyə sahəsi üzrə)
  • Kompüter bilikləri: MS Office (Exceyaxşı səviyyədə), Logo-Tiger proqramı üzrə biliklər
  • Mühasibatlıq sahəsində 1-3 il təcrübəl;
  • Sertifikat: ACCA üzrə sertifikat arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Ticari və qeyri-ticari mal alışı üzrə sənədləri yoxlamaq, ödəniş olunması üçün təqdim etmək, cari hesablarının kontrol etmək və sonda prosedura uyğun olaraq arxivləşdirmə prosesinin aparmaq;
  • Sirkət daxili prosedur qaydalarına uyğun olaraq inventarizasiyanın təşkili, inventarizasivanın nəticələrinin müvafiq təsdiqedici sənəd əsasında sistemdə tanıdılmasına və anbar qalıqlarına nəzarət etmək;
  • Anbarlar arasında və anbarla mağazalar arasında olan transfer sənədlərini yoxlamaq;
  • Şirkətin prosedur qaydalarına uyğun olaraq imha əməliyyatlarının sənədlərini yoxlamaq, uçotda əks olunmasını təmin etmək;
  • Mağazalar tərəfindən sənədlərin tələb olunan vaxtda və uyğun qaydada mühasibatlığa çatdırılmasını tələb etmək;
  • Məsuliyyətində olan cari hesabların uçotunu aparmaq və qalıqlarını nəzarətdə saxlamaq;
  • Təhkimçiliyində olan işlərlə bağlı sənədləri, ardıcıllıqla və iş proseslərinə uyğun şəkildə qruplaşdırmaq, qovluqlara yığmaq, reysterdə uçotunu aparmaq və arxivləşdirmək;
  • Satınalma və satış irsaliyəsini yoxlamaq və icra etmək;
  • Mal qəbulçularının malların miqdarı, çeşidləri və s. ilə bağlı yol verilmiş səhvləri mağazalara e-mail vasitəsilə bildirmək, düzəliş edilməsini tələb etmək;
  • Sənədlərin mühasibatlığa təqdim olunmasını tələb etmək, təhvil təslim prosesini icra etmək və çatmışamayan sənədləri qarşı tərəflərə bildirmək;
  • Cari ayın bağlanmasına dair elan olunan tarixdə mağazalar üzrə uçot əməliyyatları prosesini yekunlaşdırmaq;
  • Yeni anbar açılarkən anbar pasportlarını tələb etmək;
  • Məsuliyyətində olan işlərdə baş verən problemləri araşdırıb həll etmək, müvafiq strukturlardan həll edilməsini tələb etmək, mövcud problemlər barəsində birbaşa rəhbərinə məlumat vermək;
  • İşlərin sistemləşdirilməsi və avtomatlaşdırılması üzrə təkliflər vermək;
  • Öz iş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfdən verilən tapşırıqların icra etmək.

Təklif Edirik:

  • Nahar və servis ilə təmin edilmə
  • Tibbi sığorta
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.