Baş mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün, şəffaf və qanunvericiliyə uyğun əks etdirilməsini təşkil etmək və daimi nəzarəti təmin etmək;
  • Şirkətin pərakəndə satış şəbəkəsinə uyğun mühasibat və maliyyə uçot sistemini qurmaq və təkmilləşdirmək;
  • Vergi bəyannamələri, DSMF, sosial sığorta və statistika hesabatlarını qanunvericiliyə uyğun olaraq vaxtında hazırlamaq və təqdim etmək;
  • Əməkhaqqı, mükafat və digər ödənişlərin düzgün hesablanmasına nəzarət etmək, gəlir və xərclərin uçotunu aparmaq, bank əməliyyatlarını yoxlamaq;
  • Debitor və kreditor hesablaşmalarını izləmək, gecikmiş borcların idarə olunması və risklərin azaldılması üçün tədbirlər görmək;
  • Şirkətin əmlak, inventar və əsas vəsaitlərinin uçotunu aparmaq; mağazalarda inventarizasiya və kassa yoxlamalarını planlaşdırmaq və təşkil etmək;
  • Mühasibat şöbəsinin əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsünü düzgün aparmaq, performansını qiymətləndirmək və inkişafı üçün dəstək göstərmək.

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
  • Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il rəhbər vəzifədə iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Sosial Sığorta və mühasibat uçotu ilə bağlı qanunvericiliyi yaxşı səviyyədə bilmək və tətbiq etmək bacarığı.
  • MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək
  • Mühasibat uçotu proqramları ilə işləmək təcrübəsi;
  • Analitik düşüncə, məsuliyyət, dəqiqlik və qərarvermə bacarığı;

Əlavə təminatlar:

  • Yanacaq kartı 
  • Parking imkanı
  • Nahar təminatı
  • Korporativ nömrə və danışıq limiti
  • Könüllü tibbi sığorta

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Baş Mühasib" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.