Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisə tərəfindən icra edilən bütün əməliyyatların mühasibat uçotu hesabında, baş kitabda və digər əlaqədar mühasibatlıq reyestrlərində müvafiq qeydlərin aparılması və bu qeydlərin icra edilən layihələr üzrə düzgün bölgüsünün təmin edilməsi;
  • Təsdiq olunan təhvil-təslim aktları əsasında hesab-faktura və elektron qaimə sənədlərinin tərtib olunması;
  • Aylıq təhvil-təslim aktları, hesab-faktura və elektron qaimə sənədlərinin reyestrinin aparılması;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Bank əməliyyatlarının və ciddi hesabat blanklarının düzgün yazılmasına nəzarət edilməsi, həmçinin onların uçotunun aparılması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi, icra edilmiş ödənişlərin mühasibat uçotunda dəqiq qeydiyyatının təmin olunması;
  • Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə vaxtında icra edilməsi və təqdim olunması;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini tərtib edilməsi və təqdim edilən bütün növ maliyyə və mühasibatlıq sənədlərinin reyestrinin aparılması;
  • Aylıq, rüblük, yarım-illik və illik maliyyə və mühasibat uçotu əməliyyatlarının tamamlanması və müvafiq hesabatların hazırlanması;
  • Birbaşa rəhbəri tərəfindən tələb edilən vəzifə funksiyalarına uyğun digər əməliyyatların icra edilməsi

Tələblər:

  • Komputer bacarıqları (Office 365)
  • 1C 8.3 ilə işləmə bacarığı
  • Müvafiq sahə üzrə ən az 1 il təcrübə

Əmək şəraiti:

  • İş qrafiki: 5 günlük
  • İş yeri: Badamdar qəsəbəsi

Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Caspian Engineering Solutions MMC tərəfindən digər vakansiyalar